BMT-nin Qəzza zolağında ölən əməkdaşlarının sayı 35-ə çatıb 24-10-2023, 08:10 BMT-nin Qəzza zolağında ölən əməkdaşlarının sayı 35-ə çatıb.AYNA xəbər verir ki, bu barədə BMT-nin Yaxın Şərqdəki Fələstin qaçqınları üçün yardım və iş Agentliyinin (UNRWA) mətbuat xidməti məlumat yayıb."Oktyabrın 7-dən bəri UNRWA-nın daha altı əməkdaşının öldürüldüyü təsdiqlənib", - təşkilatın bəyanatında deyilir.Bildirilir ki, münaqişə başlayandan indiyədək son 24 saat ərzində ikisi də daxil olmaqla, təşkilatın ümumilikdə 40 obyekti zədələnib.Bundan əlavə, Qəzza zolağı boyunca təxminən 600 min qaçqın UNRWA-nın 150 obyektində məskunlaşdırılacaq. Facebook-da paylaş