İsrail İordan çayının qərb sahilində həbs etdiyi HƏMAS tərəfdarlarının sayını açıqladı

24-10-2023, 09:57           
İsrail İordan çayının qərb sahilində həbs etdiyi HƏMAS tərəfdarlarının sayını açıqladı
İsrail təhlükəsizlik qüvvələri oktyabrın 7-də Qəzzadan yaraqlıların İsrailə hücumu başlayandan bəri İordan çayının qərb sahilində radikal HƏMAS hərəkatının 500-ə yaxın fəalını saxlayıb.

Bu barədə ordunun mətbuat xidmətindən məlumat verilib.

“Hərbi əməliyyatların başlanmasından (7 oktyabr) bu günə kimi İordan çayının qərb sahilində keçirilən antiterror reydləri zamanı axtarışda olan 800-dən çox şəxs saxlanılıb ki, onlardan 500-ə yaxını HƏMAS terror təşkilatı ilə əlaqəlidir”, - deyə məlumatda bildirilib.
Hərbçilər əlavə ediblər ki, oktyabrın 23-nə keçən gecə İudeya və Samariyada (İsrailin İordan çayının qərb sahili üçün təyinatı – red.) terrorizmə qarşı mübarizə və silahların müsadirə edilməsi üzrə genişmiqyaslı əməliyyat zamanı axtarışda olan 64 nəfər saxlanılıb, onlardan 37-si HƏMAS terror təşkilatının tərəfdardır.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru