Putinin dublyoru var? - Kreml açıqladı

24-10-2023, 17:20           
Putinin dublyoru var? -
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin xahişi ilə sosial şəbəkələrdə və xarici mediada Vladimir Putinin guya dublyordan istifadə etməsi, həmçinin bu yaxınlarda infarkt keçirməsi ilə bağlı yazılara münasibət bildirib.

Cebhe.info xəbər verir ki, Kremlin rəsmi nümayəndəsi belə danışanları “daha bir ördək” adlandırıb və dövlət başçısının səhhətinin yaxşı olduğuna əmin edib.

Peskov həmçinin Vladimir Putinin dublyor olması ilə bağlı iddiaları da tamamilə təkzib edib. Rusiya Prezidentinin mətbuat katibi brifinqdə deyib:

“Onun dublyoru yoxdur”.

Kreml sözçüsü əlavə edib ki, bu cür çıxışlar təbəssümdən başqa heç nəyə səbəb olmur.

Yeri gəlmişkən, Rusiya Federasiyası Prezidentinin özü 2020-ci ildə TASS-a müsahibəsində bildirmişdi ki, 2000-ci illərin əvvəllərində dövlət başçısının təhlükəsizliyini təmin etmək üçün dublyorun cəlb edilməsi ideyası var idi, lakin ondan imtina edildi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru