“Microsoft”da inqilabi dəyişklik: İllərdir istifadə edilən vacib düymə süni intellektə görə ləğv edilir - FOTO

28-10-2023, 12:54           
“Microsoft”da inqilabi dəyişklik:
“Microsoft” şirkəti “Windows”un növbəti versiyasında proqramların axtarışı və işə salınması üçün “Start” düyməsini ləğv edə bilər.

Bu barədə şirkətin baş direktoru Satya Nadellanın dediklərindən məlum olub. O, əməliyyat sisteminin bəzi yeni xüsusiyyətlərini açıqlayarkən, düymənin süni intellektlə əvəzlənəcəyini deyib.

Yeni funksiyanın “Copilot” adlandığını deyən şirkət rəhbəri onun “Start” düyməsinə bənzədiyini vurğulayıb.

“O, tətbiqlərinizlə bütün qarşılıqlı əlaqənin təşkilatçısı olacaq”, - deyə Nadella vurğulayıb.

“Microsoft”un rəhbəri bildirib ki, süni intellekt istifadəçi vərdişlərini tamamilə dəyişəcək. Onun sözlərinə görə, “Windows 12” istifadəçiləri üçün “Start” vasitəsilə lazımi proqramları əllə axtarmaq və ya müəyyən məlumatları daxil etməkdənsə, süni intellektə səsli əmr vermək daha asan olacaq.
“Start” - “Windows”un müvafiq düyməni basmaqla işə salınan menyusudur. Bu düymə “Microsoft”un ən qədim funksiyalarından biridir və ilk dəfə 1995-ci ildə buraxılmış “Windows 95”də görünüb.


Mənbə: PCWorld












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru