Kadırovun 15 yaşlı oğluna ard-arda mükafat verilir: Kremldən reaksiya gəldi

21-11-2023, 19:04           
Kadırovun 15 yaşlı oğluna ard-arda mükafat verilir:
Kreml Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun 15 yaşlı oğlu Adam Kadırovun hər hansı dövlət mükafatına namizəd olub-olmamasından xəbərsizdir.

Publika.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin gəncin mükafatlandırılması ilə bağlı sualını cavablandırarkən deyib.

“Mən bu barədə heç nə bilmirəm”, – Kreml sözçüsü deyib.

Noyabrın 17-də məlum oldu ki, Adam Kadırovun mükafatlar kolleksiyasında Rusiyanın Əmək Şücaəti ordeni və 1-ci dərəcəli "Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinin inkişafına töhfəyə görə" medalı var.

Bundan əvvəl jurnalistlər Çeçenistan rəhbərinin 15 yaşlı oğlunun Volqoqradda Quranı yandıran Nikita Juraveli Qroznıdakı istintaq təcridxanasında döyməsindən sonra ən azı doqquz mükafat aldığını hesablayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru