“UKRAYNA ORDUSU STRATEJİ MÜDAFİƏYƏ KEÇMƏLİDİR” – “Cəbhəni yenidən format etməliyik”

2-12-2023, 11:08           
“UKRAYNA ORDUSU STRATEJİ MÜDAFİƏYƏ KEÇMƏLİDİR” –
Uğursuz əks-hücumdan sonra Ukrayna ordusunun öz taktika və strategiyasına yenidən baxmalı olduğu barədə çağırışlar xeyli artıb.

“AzPolitika.info” xəbər verir ki, ordu generalı, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəhbəri Viktor Mujenko “Ukrayna cəbhəsinin yenidən format edilməsinə” ehtiyac olduğunu bildirib.

Mujenko “BBC”-yə müsahibəsində deyib ki, müharibənin dalana dirəndiyinə inanmır. General xatırladıb ki, cəbhədə təkcə qələbələr yox, bəzən məğlubiyyətlər də olur: “Burada təkcə uğurlu irəliləyiş yox, həm də düşmənin bizi dayandırması, təkcə hücum yox, həm də müdafiə var. Hesab edirəm ki, bu gün aktual məsələ müdafiəyə keçiddir. Strateji cəhətdən aktiv müdafiə əks-hücumları da özündə ehtiva edə bilər və müəyyən istiqamətlərdə uğur qazanılan şəraitdə müvafiq bölmələr səviyyəsində əks-hücumlar mümkündür. Biz cəbhəni yenidən format etməliyik. Biz təkcə kəmiyyət deyil, həm də keyfiyyət baxımından güclü ehtiyat yaratmalıyıq”.

Həmin müsahibədə Mujenko bəyan edib ki, döyüş meydanındakı real vəziyyət mediada verilən açıqlamalardan fərqlidir. O, hesab edir ki, əks-hücum zamanı Ukrayna əsgərləri dünyanın heç bir ordusunun edə bilmədiklərini edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru