Beyin qidalanmaması depressiyaya səbəb olur?
30-12-2023, 08:04
BDNF (beynin neyrotrofik faktoru) - beynin qidalanma faktoru. Bu möcüzəli molekul sinir proseslərini, neyroplastikliyi stimullaşdırır və yeni sinir hüceyrələrinin əmələ gəlməsinə kömək edir.BDNF çatışmazlığı depressiya, obsessiv-kompulsiv pozulmalardan tutmuş şizofreniyaya qədər bir çox psixi xəstəliklərin əsas səbəbidir. Beynimiz statik, donmuş bir sistem deyil. Bir neçə ilə zəka göstəricisi IQ həm arta, həm də azala bilər, yəni beynimizin fəaliyyəti insanın öz əlindədir.Orqanizmdəki hüceyrələr öz-özünə inkişaf etmir, onların molekulyar siqnallara, yəni hüceyrə reseptorlarına təsir edən, hüceyrələri müəyyən hərəkətlərə sövq edən xüsusi zülallara ehtiyacı var. BDNF-yə sinir hüceyrələrinin böyüməsini və yeni sinapsların əmələ gəlməsini, sinir əlaqələrini idarə edən genlər daxildir. BDNF xüsusilə hipokamp və korteksdə, yəni qavrama və yaddaşa cavabdeh olan bölgələrdə aktivdir. Həm heyvanlarda, həm də insanlarda fiziki məşqlərlə BDNF səviyyəsinin sürətli artdığı, BDNF artması ilə isə hipokampda böyümə və koqnitiv funksiyalarda yaxşılaşma müşahidə edilmişdir.Tədqiqatlar göstərir ki, BDNF səviyyəsinin artması qısa və uzunmüddətli yaddaşın yaxşılaşmasına səbəb olur. Fiziki və ruhi sağlamlığın yüksək səviyyələri BDNF-nin daha yüksək səviyyələri ilə əlaqələndirilir.Məlum olub ki,1. Şəkər və yüksək karbohidratlı qidalar…2. Azhərəkətli həyat tərzi, maraqsız və hobbisiz həyat …3. Yuxusuzluq ..4. Və ən əsası, stress BDNF istehsalını azaldır.Onun sintezinə təsir etməyin, istehsalını artırmağın sadə yolları var.Fiziki hərəkət, xüsusilə yüksək intensivlikli aktivlik (sprint, ağırlıq qaldırma, intervallı məşqlər, rəqs)Qidalanmada məhdudiyyətlər, xüsusən azkarbohidratlı qidalarZəngin mühit (yeni tanışlıqlar, səyahətlər, maraqlı hadisələr, maraqlı hobbi və yaradıcılıq) BDNF-i artırır.