İsrail Müdafiə Qüvvələri HƏMAS-ın bütün kəşfiyyat fəaliyyətlərinə cavabdeh olan baş qərargahda reyd keçirdi
31-12-2023, 09:58
İsrail Müdafiə Qüvvələri (İDF) Qəzzanın cənubunda əməliyyatları davam etdirirlər.
Bu çərçivədə İsrail hərbçiləri Xan-Yunisdə HƏMAS kəşfiyyatının baş qərargahına reyd keçiriblər.
İsrail Müdafiə Qüvvələrinin verdiyi məlumata görə, bu qərargah Xan-Yunis bölgəsində HƏMAS-ın bütün kəşfiyyat fəaliyyətlərinin həyata keçirilməsinə cavabdeh olub.
Həmçinin bu kompleksdə Fələstinin “İslami Cihad” təşkilatının komandanlıq mərkəzi yerləşir. İDF nümayəndələrinin sözlərinə görə, ərazidən olduqca kəşfiyyat materialları əldə edilib.