İsrail ordusunun bir hissəsini Qəzza zolağından çıxarır

2-01-2024, 12:04           
İsrail ordusunun bir hissəsini Qəzza zolağından çıxarır
Qəzza zolağında HƏMAS-a qarşı hərbi əməliyyatda iştirak edən minlərlə İsrail əsgəri daimi yerləşmə mövqelərinə qayıdacaq.

Ordu nümayəndələrinin sözlərinə görə, yaxın vaxtlarda anklavı beş döyüş briqadası tərk edəcək və bir neçə min hərbçi istirahət, yaxud təlim keçmək üçün öz bazalarına qayıdacaq.

Hərbi ekspertlərin fikrincə, bu, İsrailin demək olar ki, tam nəzarəti bərqərar etdiyi zolağın bəzi ərazilərində, xüsusən də şimalda hərbi əməliyyatların dayandırılmasından xəbər verir.
Bununla yanaşı, yəhudi dövlətinin hakimiyyəti ABŞ-nin təzyiqi altındadır. Onlar Fələstin əhalisinə dəyən zərəri azaltmaq üçün İsraildən hərbi əməliyyatın daha az intensiv mərhələsinə keçilməsini tələb edirlər.

Mənbə: Euronews












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru