Suriyanın şərqində 23 İran tərəfdarı döyüşçü öldürülüb

2-01-2024, 16:14           
Suriyanın şərqində 23 İran tərəfdarı döyüşçü öldürülüb
Müharibə monitorinqi qrup Suriyanın şərqində şənbə günü "çox ehtimal ki" İsrail tərəfindən həyata keçirilən hava hücumları zamanı azı 23 iran tərəfdarı döyüşçünün, ölkənin şimalında isə daha 4 nəfərin öldürüldüyünü bildirib.

Suriya İnsan Haqları Müşahidə Qrupunun bildirdiyinə görə, İraq sərhədi yaxınlığında səhər tezdən azı 9 hava hücumu nəticəsində 5-i suriyalı, 4-ü Livanın Hizbullah qruplaşmasından, 6-sı iraqlı və 8-i iranlı olmaqla, "23 iran tərəfdarı döyüşçü" həlak olub.

Daha əvvəl "amerikalılar" həyata keçirildiyi bildirilsə də, qrup hücumun İsrail tərəfindən həyata keçirildiyini ehtimal edib.

Adının açıqlanmasını istəməyən bir ABŞ hərbi rəsmisi "ABŞ-ın həmin gecə heç bir "müdafiə məqsədli hücum" həyata keçirmədiyini deyib.

Müşahdə qrupu zərbələrin Deyr Əl-Zor vilayətindəki Əlbu Kamal və ətrafdakı hərbi mövqeləri hədəf aldığını, İraqdan gələn silah və sursat anbarının da vurulduğunu bildirib.

İsrail Suriyanı hədəf alan fərdi zərbələrini nadir hallarda şərh edir. Lakin o, dəfələrlə prezident Bəşər Əsəd hökumətini dəstəkləyən düşmən İranın orada mövcudluğunu genişləndirməsinə imkan verməyəcəyini bəyan edib.

Qrup həmçinin bildirib ki, "İsrail raketləri Hələbin hava limanı yaxınlığındakı iran tərəfdarı qrupların anbarlarını və bazalarını hədəf alıb" və nəticədə 4 xarici döyüşçü ölüb.

İsrail Suriyada on ildən çoxdur davam edən vətəndaş müharibəsi zamanı ilk növbədə Livan Hizbullah döyüşçüləri və Suriya ordusunun mövqeləri olmaqla, İranın dəstəklədiyi qüvvələri hədəf alan yüzlərlə hava zərbəsi endirib.

İsrail oktyabrın 7-də HƏMAS-la müharibəyə başlayandan bəri hücumlarını intensivləşdirib.
amerikaninsesi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.