Ermənipərəst senatorla bağlı yeni ittiham: - Bu ölkəyə işləyir
3-01-2024, 10:28
Qızğın ermənipərəst mövqe ilə seçilən Nyu-Cersi senatoru Robert Menendes əlavə olaraq rüşvət almaqda və Qətərə işləməkdə ittiham olunub.
Report xəbər verir ki, bu barədə Nyu-Yorkun Cənub Dairəsi Məhkəməsinin məlumat bazasında dərc olunan sənədlərdə deyilir.
Qeyd olunub ki, senator rüşvət kimi qiymətli əşyaları, pulları, Formula 1 dünya çempionatına biletləri və dəyəri 10 min dollardan 24 min dollara qədər olan saatları rüşvət kimi qəbul edib. Bunun üçün Menendes “Qətər hökumətinin xeyrinə olan tədbirləri görməli olub”.