İranda dəhşətli partlayış - Ölənlərin sayı 73-ə çatdı - TƏFƏRRÜAT - VİDEO

3-01-2024, 17:46           
İranda dəhşətli partlayış - Ölənlərin sayı 73-ə çatdı - TƏFƏRRÜAT - VİDEO
İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Qasım Süleymaninin dəfn olunduğu qəbiristanlıq yaxınlığında keçirilən matəm mərasimində baş verən partlayış nəticəsində azı 73 nəfər həlak olub.

Publika.az xəbər verir ki, bu barədə İranın Fövqəladə Hallar Nazirliyinə istinadən yerli "Tasnim" xəbər agentliyi Telegram kanalında məlumat yayıb.

"Qurbanların sayı 73-ə çatıb", - nəşr yazıb.

Departamentin mətbuat xidmətinin məlumatına görə, ən azı 171 sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

“Bu hadisə nəticəsində altı uşaq ölüb”, - nazirlik əlavə edib.

İran Fövqəladə Hallar Nazirliyinin nümayəndəsinin sözlərinə görə, zərərçəkənlərdən bəzilərinin vəziyyəti çox ağırdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru