İraqda “Hizbullah ən-Nücəbə” hərəkatının komandiri məhv edilib
5-01-2024, 13:08
ABŞ hərbçiləri İraqın paytaxtı Bağdada endirdiyi zərbə nəticəsində İranyönlü “Hizbullah ən-Nucəbə” hərəkatı komandirlərindən biri məhv edilib.
Bu barədə ABŞ rəsmisinə istinadən məlumat yayılıb.
Onun sözlərinə görə, avtomobilə zərbə endirilib. Komandirin adı açıqlanmır. Daha bir nəfərin öldüyü qeyd olunur.
ABŞ səlahiyyətliləri hesab edirlər ki, qeyd olunan hərəkat daha əvvəl ABŞ-nin İraqdakı qüvvələrinə hücum edib.
Daha əvvəl İraq təhlükəsizlik güclərindəki mənbəyə istinadən verilən məlumata görə, İraqın paytaxtında PUA vasitəsilə zərbə endirilməsi nəticəsində “Hizbullah əl-Nucəbə” komandirlərindən biri və onun tərəfdarı həlak olub, azı 6 nəfər yaralanıb. Öldürülən şəxs hərəkatın 12-ci briqadasına rəhbərlik edən Əbu Təqva kimi tanınırdı və eyni zamanda İraqın “əl-Həşd əl-Şaabi” hərəkatının tərəfdarı idi. “Hizbullah ən-Nucəbə” komandirinin ölümünü təsdiqləyib və baş verənlərə görə ABŞ-ni günahlandırıb.
Qeyd olunur ki, PUA-nın hədəfi Bağdaddakı logistika qüvvələrinin qərargahı olub.