İraqda ABŞ ordusuna qarşı hücumlar həyata keçirən yarı-hərbi qüvvələrin lideri öldürülüb

5-01-2024, 08:25           
İraqda ABŞ ordusuna qarşı hücumlar həyata keçirən yarı-hərbi qüvvələrin lideri öldürülüb
ABŞ rəsmisinin Reuters xəbər agentliyinə bildirdiyinə görə,
cümə axşamı Bağdaddakı ABŞ ordusuna qarşı hücumlar həyata keçirən üsyançılara cavab zərbəsi endirərək, liderini öldürüb.

İraq polisindəki mənbələr və şahidlər pilotsuz təyyarənin Bağdadın şərqində İraqın yarı-hərbi qruplaşmasının istifadə etdiyi Əl-Nucabadakı obyektinə azı iki raket atdığını bildirib.

Polis və yarı-hərbi qüvvələrin dediyinə görə, raketlər Nucabadakı qərargahdakı avtomobili vurub və yerli qrupun komandiri və onun köməkçilərindən biri də daxil olmaqla, 4 nəfərin ölümünə səbəb olub. Səhiyyə mənbələri ölənlərin sayını təsdiqləyib.

İsrail-Həmas müharibəsi oktyabr ayında başlayandan bəri ABŞ ordusu İraq və Suriyada azı 100 dəfə hücuma məruz qalıb.

İslam Dövləti militantlarının yenidən baş qaldırmasının qarşısını almaq üçün ABŞ İraqda 2500, qonşu Suriyada isə 900 hərbçi yerləşdirib.

İraq silahlı qüvvələri İraqın təhlükəsizlik qurumuna qarşı bu əsassız hücuma görə beynəlxalq koalisiya qüvvələrini günahlandırır” - deyə, Baş nazirin hərbi sözçüsü cümə axşamı günü edilən zərbəyə istinad edərək bildirib.

Üsyançı qüvvələrin bəyanatında İraq qüvvələrinin Baş nazir Məhəmməd Şia Əl-Sudaninin icazəsi ilə fəaliyyət göstərdiyi deyilib.

ABŞ rəsmisi bildirib ki, avtomobilə zərbə yarı-hərbi qruplaşmanın liderini öldürmək məqsədi ilə endirilib və buna nail olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.