KİV: Nensi Pelosi şübhəli əməliyyatlar vasitəsilə sərvətini artırıb

5-01-2024, 10:48           
KİV: Nensi Pelosi şübhəli əməliyyatlar vasitəsilə sərvətini artırıb
ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi 2023-cü ildə ABŞ konqresmenləri arasında səhm opsionlarından şübhəli istifadə yolu ilə ən yüksək investisiya gəlirlərindən birini əldə edib.

Bu barədə “The New York Post” konqresmen xanımın gəlirlərinə istinadən xəbər yayıb.

Pelosinin investisiya portfeli növbəti dəfə Vaşinqtonda ən yüksək nəticələrdən birini göstərib. Nəşr vurğulayıb ki, konqresmen son vaxtlar səhm opsionlarının şübhəli istifadəsindən əhəmiyyətli gəlir əldə edib. Belə ki, Pelosinin investisiya portfeli keçən il 65% artıb.

Qəzetin ekspertləri iddia edirlər ki, bu, opsion əməliyyatları zamanı mümkün korrupsiya komponentini göstərən “kvazi-insayder ticarəti”ni göstərə bilər.

Mənbə: report.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru