Bakı Apellyasiya Məhkəməsi Əziz Orucovun şikayətini təmin etməyib

1-04-2024, 17:03           
Bakı Apellyasiya Məhkəməsi Əziz Orucovun şikayətini təmin etməyib
Bakı Apellyasiya Məhkəməsi “Kanal-13” internet televiziyasının rəhbəri Əziz Orucovun həbsinin uzadılması ilə bağlı şikayəti təmin etməyib. Bu barədə onun xanımı Lamiyə Orucova bildirib.

O xatırladıb ki, mart ayında məhkəmə Orucovun ilkin həbs müddətini daha 2 ay uzadıb. Lakin məhkəmə öz qərarını heç cür əsaslandırmayıb.

“Noyabrın 1-dən Əziz Orucovla bağlı heç bir istintaq hərəkəti aparılmayıb”, – Lamiyə Orucova deyib.

Xatırladaq ki, Əziz Orucov 27 noyabr 2023-cü ildə qanunsuz tikintidə ittiham edilərək üç ay müddətinə həbs edilib. Lakin dekabrın 19 – da ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə yeni ittiham irəli sürülüb. Orucovu 8 ilə qədər həbs təhlükəsi gözləyir. Martın 19-da məhkəmə həbs müddətini daha 2 ay uzadıb.

2017-ci ildə Əziz Orucov qanunsuz sahibkarlıq ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2018-ci ildə Ali Məhkəmə cəzaya yenidən baxaraq ittihamı ləğv edib.

* “Kanal-13” ilə əməkdaşlıq edən jurnalist-frilanser Şamo Eminov dekabrın 22-də saxlanılıb və “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xarici valyuta qaçaqmalçılığı” ittihamı (Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi) ilə üç ay müddətinə həbs edilib.(Turan)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru