İSRAİL İRANIN 3 GENERALINI VƏ DİPLOMATLARINI ÖLDÜRDÜ - Tehran "qəti cavab"la hədələdi (Yeniləndi)

2-04-2024, 08:54           
İSRAİL İRANIN 3 GENERALINI VƏ DİPLOMATLARINI ÖLDÜRDÜ -
İsrail İranın Suriyadakı konsulluq binası və İran səfirinin iqamətgahının yaxınlığına hava zərbəsi endirib.

"Hücumda bir neçə iranlı diplomat və hərbi müşavir həlak olub. Onların adları daha sonra açıqlanacaq".

APA xəbər verir ki, bu barədə İranın Suriyadakı səfiri Hüseyn Əkbəri bildirib.

Onun sözlərinə görə, "İsrailin bu hərəkəti İranın qəti cavabı ilə nəticələnəcək".

"Hələlik dağıntıların tam təmizlənməsi aparılmayıb və 5-7 nəfərin öldüyünü düşünürük. Dəqiq rəqəmlər daha sonra açıqlanacaq", - deyə o bildirib.

Diplomat qeyd edib ki, iki polis də öldürülüb, hazırda adları açıqlanmayıb.

SEPAH-ın Suriya və Livandakı Baş Qərargah rəisi, briqada generalı Hüseyn Əmirullah da İsrailin Dəməşqə endirdiyi hava hücumunda öldürülüb. Öldürülənlər arasında həmçinin İslam İnqilabı Keşikçilər Korpusunun generalları Məhəmməd Rza Zahedi və onun müavini Hacı Rəhimi də var.

Bu barədə “Sabereen News” bildirib.

Suriya İnsan Haqları Müşahidə Qrupu İsrailin Dəməşqə hücumu nəticəsində SEPAH qüvvələrinin daha 6 üzvünün öldüyünü bildirib.

İran Xarici İşlər Nazirliyinin məlumatına görə, nazir Hüseyn Əmir Abdullahian suriyalı həmkarı ilə telefon danışığında deyib ki, İranın Dəməşqdəki səfirliyinin konsulluq binasına edilən hücuma görə bütün məsuliyyət İsrailin üzərinə düşür.

***

İsrail İranın Suriyadakı konsulluq binası və İran səfirinin iqamətgahının yaxınlığına hava zərbəsi endirib.

APA xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

“Tasnim”in məlumatına görə isə İsrail Dəməşqdə İran səfirliyinin yaxınlığındakı binaya hava zərbəsi endirib.

Bəzi mənbələr hücumda 6 nəfərin öldüyünü bildirir.

Hələlik rəsmi məlumat verilməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.