Polis Trampın məhkəməsi qarşısında özünü yandıran şəxsin aldığı xəsarətlərdən həyatını itirdiyini bildirir

21-04-2024, 10:15           
Polis Trampın məhkəməsi qarşısında özünü yandıran şəxsin aldığı xəsarətlərdən həyatını itirdiyini bildirir
Polisin bildirdiyinə görə, sabiq Prezident Donald Trampın mühakimə olunduğu məhkəmə binasının önündə özünü yandıran şəxs həyatını itirib.

Nyu York Şəhər Polis İdarəsi şənbə günü The Associated Press-ə bildirib ki, həmin şəxs ərazidəki xəstəxana heyəti tərəfindən ölü elan edilib.

Rəsmilər və şahidlərin dediyinə görə, şəxs cümə günü gündüz saat 1:30 radələrində Collect Pond Parkinfə konspirasiya nəzəriyyələrini dəstəkləyən broşurlar çıxararaq, onları ətrafa atıb, daha sonra üzərinə alışqan tökərək, özünü yandırıb.

Hadisə baş verən zaman yaxınlıqda çox sayda polis zabiri olub. Bəzi zabitlər və başqa insanlar şəxsə yardım etməyə çalışıb. O daha sonra kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Polisin dediyinə görə, son günlərdə Floridadan Nyu Yorka səfər edən şəxs parka daxil olmaq üçün heç bir təhlükəsizlik məntəqəsindən qanunsuz olaraq keçməyib.

Məhkəmə binasının qarşısındakı park, bazar ertəsi münsiflər heyətinin seçilməsi ilə başlayan Trampın məhkəməsi boyunca etirazçılar, jurnalistlərin toplanma nöqtəsidir.

Cümə gününədək, məhkəmə binası ətrafındakı küçələr və səkilər açıq idi, orada toplaşan izdiham isə kiçik və əsasən nizamlı idi.

Rəsmilər deyir ki, onlar təhlükəsizlik protokollarının yenidən nəzərdən keçirir ki, buna parka girişi məhdudlaşdırmaq daxildir. Trampın binaya girib-çıxdığı ara küçəyə giriş bağlanıb.

“Biz bu ərazini bağlamalı ola bilərik,” Nyu York Şəhər Polis İdarəsinin komissar müavini Kaz Dotri məhkəmə binası önündə keçirilən mətbuat konfrasında deyib və əlavə edib ki, rəsmilər təhlükəsizlik planını yaxında müzakirə edəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.