Vətəndaşların on minlərlə manatı oğurlandı – Kiberdələduzluq tüğyan edir

23-05-2024, 16:22           
Vətəndaşların on minlərlə manatı oğurlandı – Kiberdələduzluq tüğyan edir
“Bank kartlarından kiber üsullarla oğurluqlar ötən gün 22 fakt olub”.

AzFakt.com xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Məybutat xidmətinin rəisi Elşad Hacıyev bildirib.

O bildirib ki, “facebook"-da "aşağı faizli kredit"-lə 7290, "kartınıza müdaxilə var, bankdandır, sığorta edilməsi" ilə 7186, satışa qoyulan boks ələcəyini almaq üçün "beh" göndərilməsi ilə 5180 manat olmaqla vətəndaşların bank kartı məlumatları aldadılıb alınmaqla pulları oğurlanıb.

“Digər faktlar üzrə məbləğlər - 1240, 1500, 155, 1500, 418, 850, 1200, 238, 21, 75, 1790, 712, 455, 2999, 2000, 900, 1640, 42, 200 manat təşkil edib. Aldatma tələləri fərqli olsa da, oğurluqlar eyni kiber üsullarla törədilib”, - E.Hacıyev vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru