İlon Mask : “Heç birimizin işi olmayacaq”

25-05-2024, 16:58           
İlon Mask : “Heç birimizin işi olmayacaq”
“Mənim ən böyük qorxum süni intellektdir”.

Gununsesi.info -nun verdiyi xəbərə əsasən, bu fikirləri amerikalı texnologiya milyarderi İlon Mask Parisdə keçirilən “VivaTech” texnologiya konfransında deyib.

Tədbirə videokonfrans vasitəsilə qatılan Mask qeyd edib ki, iş yerləri təhlükə altındadır:

“Mənim ən böyük ümidim Mars, ən böyük qorxum isə süni intellektdir. Əgər kompüterlər və robotlar hər şeyi sizdən yaxşı bacarırsa, həyatınızın mənası varmı? Yəqin ki, heç birimizin işi olmayacaq”.

Mask, valideynlərdən uşaqlarının sosial mediadan istifadəsini məhdudlaşdırmağı xahiş edib:

“Uşaqlar dopamini maksiumuma qaldıran süni intellekt tərəfindən proqramlaşdırılırlar. Sosial medianın əksəriyyəti uşaqlar üçün pisdir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru