Ermənistanda panika: -polis Azərbaycan əsgərini axtarır

11-06-2024, 11:46           
Ermənistanda panika: -polis Azərbaycan əsgərini axtarır
Ermənistanda polis Ararat və Dərələyəz bölgələrində gücləndirilmiş rejimə keçib.

Axar.az xəbər verir ki. erməni mediası polislərin Vedi və Gorus yaxınlığında postlar qurduğunu, həm İrəvana, həm də əks tərəfə gedən bütün maşınları yoxladığını, hətta yük yerlərinə baxış keçirdiyini yazır.

Yoxlamanın səbəbi açıqlanmır. Ancaq erməni mediasının iddiasına görə, polis 9 iyunda itkin düşən Azərbaycan əsgərini axtarır.

Qeyd edək ki, 9 iyunda Azərbaycan Ordusunun əsgəri Ceyhun Tofiq oğlu Hüseynov Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitində itkin düşüb. Erməni mediası əsgərimizin Naxçıvan sərhədindəki Arpa kəndi yaxınlığında saxlanıldığını iddia etsə də, Ermənistan MTX məlumatı təkzib edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru