DTX-dən ƏMƏLİYYAT: - Azərbaycanda casusluq edən əcnəbi saxlanıldı

11-06-2024, 19:10           
DTX-dən ƏMƏLİYYAT: -
Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla Azərbaycanda casusluq edən əcnəbi vətəndaş tutulub.

TEREF “Qafqazinfo”ya istinadən xəbər verir ki, Sohrabi Akbar Ghesmat Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkənin xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi və strateji obyektlərlə bağlı məxfi sənədlərdə olan məlumatların ələ keçirilməsi istiqamətində fəaliyyət göstərib.
DTX İstintaq baş idarəsində ona qarşı Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə ittiham irəli sürülüb.

Akbar Sohrabi barəsində olan cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru