Tailandın məşhur bazarında yanğın nəticəsində mindən artıq heyvan qəfəslərdə diri-diri yanıb

12-06-2024, 10:44           
Tailandın məşhur bazarında yanğın nəticəsində mindən artıq heyvan qəfəslərdə diri-diri yanıb
"Qəflətən havanı qatı diman bürüdü və nəfəs almaq mümkün olmadı..."

"Çatuçak" bazarı hər şənbə və bazar günləri 200 min turisti özünə cəlb edir..."

Bu gün səhər Tailandın paytaxtı Banqkokun məşhur "Çatuçak" bazarında mindən çox heyvan tələf olub, ən azı yüz zoomağaza yanıb.

Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri məlumat yayıb.

"Quşlar, itlər, pişiklər, ilanlar, siçovullar, pitonlar öz qəfəslərində diri-diri yanıb.

Hakimiyyət nümayəndələrinin sözlərinə görə, yanğına səbəb elektrik şəbəkəsində baş vermiş qısa qapanma olub. İnsan qurbanları və ya xəsarət alanlar barədə məlumat verilmir.

İnsident hakimiyyətə çoxdan bəri heyvanların saxlanma şəraitinin pis olmasına görə tənqid edilən zoomağazaların bağlanmasına yenidən çağırış edilməsinə səbəb olub", - nəşr məlumat verib.

Müxbirlər bazara gəlib çatanda mağaza sahibləri kompensasiya tələbi ilə növbədə dayanıb. Onlardan bəziləri çaşqınlıq, digərləri göz yaşları içində olub.

"Mən buraya gələndə, daha heç nə olmayıb, hər şey yanıb", - bunu quş satışı üzrə mağazanın sahibi Amporn Vannasut deyib.

"Mən heç nə edə bilmədim, çünki daxildə qaranlıq olub. Mən onlara heç nə ilə yardım edə bilmədim. Onların hamısı həlak olub", - o, deyib.

Tısbağa, pitonlar, kral ilanları və digər reptili satılan zoomağazanın xidmətçisi, 42 yaşlı qadın həmçinin heyvanları xilas etməyə macal tapmadığından şikayətlənib.

"Mən bundan sonra nə edəcəyimi bilmirəm. Düşünürəm ki, hər şeyi yenidən başlamaq lazımdır, amma bunu necə etməyi bilmirəm", - o, deyib.

Bəzi mağaza sahibləri elə bazarda yaşayıb, lakin onların yanğın zamanı sayı hələlik bəlli deyil.

Bu mağazanın ikinci mərtəbəsində yaşayan Miça adlı qadın deyib ki, o, heyvanların qışqırıq səslərinə oyanıb. O, pəncərədən təhlükəsiz yerə çıxa bilib.

"Qəflətən havanı qatı duman bürüdü və nəfəs almaq mümkün olmadı", - Buça deyib.

Çatuçak Cənub-Şərqi Asiyanın dar döngələrində sıx yerləşən on minlərlə mağazası olan ən böyük bazarlarından biridir.

Bu, həmçinin Tailandın istirahət günləri işləyən ən böyük və ən məşhur bazarlarından biridir.

Hesablamalara görə, hər şənbə və bazar günləri o, təxminən 200 min turisti özünə cəlb edir. Lakin bazarın ev heyvanları satılan hissəsi bütün həftə boyu açıqdır.

O, Çatuçak bazarının 27 seksiyasından yalnız dördünü tutur və demək olar ki, ən mübahisəli ticarət növüdür.

İlkin dəyərləndirmələrə görə, yanğın sahəsi təxminən 1400 kv metr olan heyvan satışı üçün nəzərdə tutulmuş zonada yerləşən 118 mağazasının əksəriyyətinə zərər vurub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.