"WhatsApp"da yeni qadağa tətbiq ediləcək

13-06-2024, 18:58           
"WhatsApp"da yeni qadağa tətbiq ediləcək
"Meta" şirkətinə məxsus məşhur "WhatsApp" mesenceri bəzi ölkələrdə istifadəçilər üçün məcburi yaş yoxlamasını tətbiq etməyi planlaşdırır.

Yenilik Avropada internet servisindən istifadə üçün minimum yaş həddinin (13 yaş) təsdiqlənməsi, lakin "WhatsApp"da lazımi yoxlama alətinin olmaması ilə əlaqədardır.

Yeni funksiya istifadəçilərə doğum tarixini daxil etmək təklif edir. Daxil edilən tarix gizli saxlanılacaq və ilk girişdən sonra dəyişdirilə bilməz. Bu strategiya əvvəllər "Instagram" tərəfindən həyata keçirilən oxşar yanaşmanı xatırladır.

"WhatsApp"ın bu cür dəyişiklikləri həyata keçirmək üçün ikiqat stimulu var. Birincisi, ABŞ-nin bir neçə ştatında yaşın yoxlanılması ilə bağlı yeni qanunvericilik tətbiq edilməyə başlayır. İkincisi, Avropa Birliyində bu yaxınlarda qəbul edilmiş qanunlar yetkinlik yaşına çatmayanların onlayn təhlükəsizliyini prioritetli edir.

Bu funksiyanın tətbiq edilməsinin dəqiq tarixi və icrası ilə bağlı təfərrüat hələlik məlum deyil.

Mənbə: WaBetaInfo












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru