İlon Mask iş yerində cinsi təcavüzdə ittiham olunur
13-06-2024, 17:44
Amerikalı iş adamı İlon Maskın "SpaceX"də tabeliyində olan işçilərlə cinsi münasibətdə olması ilə bağlı ittihamlar irəli sürülüb.
Maskı iş yerində təqib etməkdə ittiham edən qadınlardan biri şikayət edib ki, o, dəfələrlə onun üçün uşaq dünyaya gətirməsini istəyib. İmtinadan sonra işçinin maaşı artmayıb və iş adamının əsassız iradları ilə üzləşib.
Qeyd olunur ki, bu iddialar 48-dən çox həmsöhbətlə yazışmalar, elektron materiallar və müsahibələrə əsaslanıb. Onlara zərərçəkmiş qadınların dostları və qohumları, həmçinin "SpaceX"in keçmiş əməkdaşları daxildir.
"SpaceX"in direktoru Qvinn Şotvell vəziyyəti şərh etsə də, Mask öz növbəsində jurnalistlərin sorğularına cavab verməyib.
Şotvell bildirib ki, təcavüz xəbərləri "SpaceX"in korporativ mədəniyyətini əks etdirmir. Onun sözlərinə görə, şirkət bütün bu kimi şikayətlərə baxır və tədbir görür.