"WhatsApp"da YENİ FUNKSİYA: Yazışmaların ötürülməsi asanlaşır

14-06-2024, 16:34           
"WhatsApp"da YENİ FUNKSİYA: Yazışmaların ötürülməsi asanlaşır
"WhatsApp" tərtibatçıları QR-kodlardan istifadə edərək söhbətləri köhnə cihazdan yenisinə köçürməyi asanlaşdırıblar.

Yenilik "WhatsApp"ın "Android 2.23.9.19" beta versiyasında müşahidə edilib. Yeni funksiya hesabınızı, söhbətləri və bütün məlumatları köhnə smartfondan yenisinə göndərməyə imkan verir. Bu funksiya smartfonları dəyişdirərkən mesaj tarixçəsinin ötürülməsi prosesini asanlaşdırmaq üçün nəzərdə tutulub.

Qeyd edək ki, söhbətləri köhnə üsulla "WhatsApp"a köçürmək üçün "Google Disk" bulud xidmətindən istifadə olunur. İndi mesencerin beta versiyasının istifadəçiləri bunu daha sadə üsulla və sürətli edə biləcəklər. İstifadəçilər sadəcə olaraq yeni cihazlarının ekranında QR-kodu göstərməli və bulud ehtiyat nüsxələrindən istifadə etmədən bütün söhbətləri dərhal ötürmək üçün köhnə smartfonlarından istifadə edərək onu skan etməlidirlər.

"Android"də "WhatsApp"ın stabil versiyalarının istifadəçiləri hələ də "Google Disk"dən istifadə edərək məlumat ötürə bilərlər. "iPhone"lara gəldikdə isə, "Apple"ın xüsusi buludu olan "iCloud"dan istifadə olunur. QR-kodların bütün "WhatsApp" istifadəçiləri üçün nə vaxt əlçatan olacağı hələlik məlum deyil.

Mənbə: WABetaInfo












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru