Putin maraqlı xatirəsini bölüşdü: "Qulaqlarıma toxunmağa qorxurdum, fikirləşirdim, qırılacaq"

19-06-2024, 13:09           
Putin maraqlı xatirəsini bölüşdü: "Qulaqlarıma toxunmağa qorxurdum, fikirləşirdim, qırılacaq"
Rusiya Prezidenti Vladimir Putin Uzaq Şərq sakinləri ilə görüşdə Yakutiyaya səfərini xatırlayıb. O, həmin vaxt temperaturun mənfi 50 dərəcə olduğunu deyib və qulaqlarının qırılmasından qorxduğunu etiraf edib.

"Yadımdadır, qışda gəlmişdim, mənfi 50 dərəcə idi. Qulaqlarıma toxunmağa qorxurdum, fikirləşirdim, qırılacaq", - deyə olanları xatırlayıb.

Qeyd edək ki, söhbət Rusiya liderinin 2006-cı ilin əvvəlində qışda Yakutiyaya səfərindən gedir. O, hətta Milad bayramını da orada keçirmişdi. Putinin regiona səfəri zamanı orada təxminən 50 dərəcə şaxta vardı.

Mənbə: "PulN3" "Telegram" kanalı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.