Ermənistan İsrail istehsalı olan “Barak 8” havadan müdafiə sistemini almağa çalışır. Tribunainfo.az xəbər verir ki, bu barədə Globes.co saytı məlumat yayıb.
Sayt bildirib ki, bir müddətdir Ermənistan Müdafiə Nazirliyi bununla bağlı araşdırma aparır. “Ermənistan İsrailin “Barak 8” hava hücumundan müdafiə sistemini (MR-SAM) “Israel Aerospace Industries”dən almaq imkanını nəzərdən keçirir”.
Həmin xəbərdə o da qeyd edilir ki, Ermənistan bu prosesdə Hindistanı vasitəçi salmaq fikrindədir.