Putin Rusiyanın Azərbaycandakı səfirini Aleksandr Nevski ordeni ilə təltif edib

23-06-2024, 09:24           
Putin Rusiyanın Azərbaycandakı səfirini Aleksandr Nevski ordeni ilə təltif edib
Rusiya Prezidenti Vladimir Putin ölkənin Azərbaycandakı səfir Mixail Evdokimovu Aleksandr Nevski ordeni ilə təltif edib.

“Report” xəbər verir ki, dövlət başçısı müvafiq fərman imzalayıb.

Sənəddə qeyd olunur ki, Evdokimov Rusiya Federasiyasının xarici siyasətinin həyata keçirilməsinə verdiyi böyük töhfə və uzun illər vicdanlı diplomatik xidmətinə görə təltif edilib.

Evdokimov 2023-cü il iyunun 14-də Azərbaycana səfir təyin edilib. Bundan əvvəl o, Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci şöbəsinə rəhbərlik edib. II dərəcəli “Vətənə xidmətə görə” medalı, “Dostluq” və “Şərəf” ordenləri ilə təltif edilib. O, 2018-ci ilin iyunundan fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsinə malikdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru