Həcc ziyarəti zamanı ölən zəvvarların sayı 1 100-ü keçib

24-06-2024, 10:08           
Həcc ziyarəti zamanı ölən zəvvarların sayı 1 100-ü keçib
Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı dünyasını dəyişən zəvvarların sayı 1 100-ü keçib ki, onların da yarıdan çoxu Misir vətəndaşlarıdır.

"Report" xəbər verir ki, bu barədə TASS-a bir sıra ərəb ölkələrinin Səudiyyə Ərəbistanındakı diplomatik nümayəndəliyindəki mənbələr məlumat verib.

Həcc ziyarəti zamanı 672 misirli zəvvar dünyasını dəyişib ki, onlardan yalnız 31-nə Səudiyyə Ərəbistanı hakimiyyəti tərəfindən xüsusi viza verilib. Qalanları isə zəvvar kimi qeydiyyata alınmayıb və qeyri-qanuni həcc ziyarəti ediblər.

Hazırda 25-i Misir vətəndaşı olmaqla 100-ə yaxın adam itkin düşüb.

Əvvəllər 800-dən çox itkin düşmüş şəxs haqqında məlumat verilib, onların çoxu sonradan yaxınları ilə əlaqə saxlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru