Tramp ofisianta 500 dollar bəxşiş verib üzərində qeyd yazdı
24-06-2024, 16:59
ABŞ-nin keçmiş prezidenti Donald Tramp Filadelfiyada (Pensilvaniya) tərəfdarlarının mitinqindən əvvəl "Tony and Nick"s Steaks" restoranında ofisiant üçün 500 dollarlıq bəxşiş qoyub və müvafiq çekin üzərinə "rədd olsun bəxşiş vergisi" yazıb.
Obyektin sahibi Niki Luçidonionun sözlərinə görə, Trampın səfəri gözlənilməz olub:
"Hərçənd, bir gün əvvəl hansısa bir qadın restorana gələrək "xüsusi qonaqlar" həftəsonuna 200 sendviç sifariş verməyi xahiş edib".