Şoyqu və Gerasimov barəsində həbs qərarı verildi - ICC məlumat yaydı

26-06-2024, 00:08           
Şoyqu və Gerasimov barəsində həbs qərarı verildi -
Beynəlxalq Cinayət Məhkəməsi (ICC) bu gün Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqu və Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovun həbsinə dair order verib.

Bu barədə ICC-nin saytında yerləşdirilən məlumatda deyilir.

Qeyd olunur ki, Şoyqu və Gerasimov 2022-ci il oktyabrın 10-dan 2023-cü il martın 9-dək Ukraynanın enerji infrastrukturuna hücumlarda ittiham olunurlar.

Həbs qərarı hakimlər Rosario Salvatore Aitala, Sergio Gerardo Ugalde Godinez və Haykel Ben Mahfuda tərəfindən verilib.

ICC adıçəkilən şəxsləri hərbi cinayətlərdə, insanlığa qarşı cinayətdə və qeyri-insani hərəkətlərdə ittiham edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru