HATO-nun yeni baş katibi seçildi - Stoltenberq dövrü arxada qalır
26-06-2024, 17:34
NATO təşkilatına üzv olan 32 dövlətin səfirləri Şimali Atlantika alyansının Brüsseldə keçirilən iclasında Niderlandın Baş naziri Mark Ryutteni qarşıdakı 5 il üçün hərbi ittifaqın Baş katibi seçiblər. TASS informasiya agentliyinin məlumatına görə, bu barədə jurnalistlərə alyansın təmsilçisi məlumat verib. Mark Ryutte yeni vəzifəsinin icrasına oktyabr ayından etibarən başlayacaq. O, bu vəzifədə norveçli Yens Stoltenberqi əvəz edəcək.