Amerikalılara Denge qızdırması riski barədə xəbərdarlıq edilib

28-06-2024, 13:04           
Amerikalılara Denge qızdırması riski barədə xəbərdarlıq edilib
Federal Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) ABŞ-da Denge (Dengue) qızdırması riskinin artması ilə bağlı ictimaiyyətə və səhiyyə işçilərinə xəbərdarlıq edib.

1500-ə yaxın hadisənin qeydə alındığı ABŞ-ın Puerto Riko ərazisində sağlamlıqla bağlı fövqəladə vəziyyət elan edilib.

Bundan əlavə, Federal Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin bildirdiyinə görə, bu il Amerika səyahətçiləri arasında 745 hadisə qeydə alınıb ki, bu da xəstəliyin rekord həddə çatması deməkdir.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin xəbərdarlığında bu il Amerika qitəsində 9,7 milyon Denge qızdırması hadisəsinin qeydə alındığı bildirilib. Bu, keçənilki 4,6 milyon hadisədən iki dəfə çoxdur.

Denge virusu infeksiyası çox vaxt asemptomatikdir və bəzən yüngül formada ola bilər. Lakin bəzi hallarda bu özünü çox ciddi bir xəstəlik şəklində göstərir və ölümlə nəticələnə bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.