Bloomberg: "SpaceX"in dəyəri 180 milyard dollardan 210 milyard dollara yüksəlib

28-06-2024, 12:24           
Bloomberg:
Amerikalı milyarder İlon Maskın kosmik korporasiyası "SpaceX" şirkətdəki payını satmaq üçün investorlarla danışıqlar aparır.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən yazıb.

Səhmin hər birinin qiyməti 112 dollardır və bütün şirkətin dəyəri 210 milyard dollar təşkil edir.

Beləliklə, "SpaceX" 268 milyard dollar dəyərində olan Çin "ByteDance"dən sonra ABŞ-nin ən dəyərli özəl şirkəti, dünyada isə ikinci olacaq.

Daha əvvəl "Bloomberg" ötən ilin dekabrındakı maliyyələşdirmə raundunda "SpaceX" 180 milyard dollar məbləğində qiymətləndirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru