Bayden Assanjı əfv edəcək?

28-06-2024, 13:18           
Bayden Assanjı əfv edəcək?
ABŞ prezidenti Co Bayden "Wikileaks"in qurucusu Culian Assanjı əfv etməyi düşünmür.

Siyasətçinin mövqeyini Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bəyan edib.

Qeyd edək ki, Assanj Böyük Britaniyadakı Belmarş həbsxanasını tərk edib. Jurnalistin azadlığa buraxılması barədə qərar ittiham tərəfi ilə ilkin razılıq əldə edildikdən sonra qəbul edilib.

Assanj iyunun 26-da Avstraliyaya gedib. Avstraliyanın Baş naziri Entoni Albanese jurnalistin azad edilməsində göstərdikləri köməyə görə, ABŞ və Böyük Britaniyaya təşəkkür edib.

Mənbə: lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru