Dağıstanda baş vermiş terror aktları ilə bağlı təhlükəsizlik qüvvələri Abdulmanap Nurməhəmmədov adına döyüş sənəti məktəbində əməliyyat-axtarış tədbirləri həyata keçirir.
TEREF Axar.Az-a istinadla xəbər verir ki, bu barədə TASS-a Dağıstanın hüquq-mühafizə orqanları məlumat verib.
Qeyd edək ki, iyunun 23-də Dərbənd və Mahaçqalada terror aktları törədilmişdi.