Dünya birjalarında "qara qızıl"ın qiyməti necə dəyişib
30-06-2024, 00:14
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,35 dollar və ya 0,39 faiz azalıb. Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib. Azərbaycan Dövlət İnformasiya Agentliyi xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,02 dollar artaraq 86,41 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,2 dollar azalaraq 81,54 dollar təşkil edib. Dünya bazarında Azərbaycan neftinin qiyməti də dəyişib. Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,35 dollar və ya 0,39 faiz azalaraq 88,65 dollar olub. Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.