İRİA dövlətə məxsus datanın səliqəyə salınması və daha effektiv istifadəsi üçün layihəyə başlayıb
11-07-2024, 11:44
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi "Digital leadership" proqramı çərçivəsində dövlət qurumlarının iştirakı ilə rəqəmsal transformasiya üzrə növbəti müzakirəni Şuşada təşkil edib. Bu gün yenə də əsas diqqət rəqəmsallaşma ilə bağlı mövcud durum və İRİA-nın təklif etdiyi yol xəritəsinə yönəldi. Son dövrlərdə bu istiqamətdə müəyyən uğurlar olsa da görüləcək işlərin daha çox olduğu gözə dəyirdi. Dövlətə məxsus datanın səliqəyə salınması və daha effektiv istifadə imkanlarının yaradılması sahəsində İRİA-mın təqdimatları və ciddi müzakirələr oldu. İRİA dövlət datasının ümumi istifadə üçün hazırlanması sahəsində bəzi mərkəzi orqanlarla birgə müəyyən irəliləyişə nail olub. Müzakirələr sabah da davam edəcək. Ümid edirəm müzakirələrin yekunu olaraq İRİA ölkədə rəqəmsal transformasiyanı daha da sürətləndirəcək.