Şahin Bağırov Tovuz Gömrük İdarəsinin sabiq rəisinə yeni vəzifə verdi

25-07-2024, 10:14           
Şahin Bağırov Tovuz Gömrük İdarəsinin sabiq rəisinə yeni vəzifə verdi
Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin sabiq rəisi Elçin Şabanova yeni vəzifə verilib.

Qaynarinfo-nun məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov müaviq əmr imzalayıb.

Komitə sədrinin əmri ilə Elçin Şabanov Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsində post rəisi təyin olunub.

DGK-dan xəbəri təsdiqləyiblər.

Qeyd edək ki, bu ilin may ayında Tovuz Gömrük İdarəsində əməliyyat yoxlaması zamanı gömrük əməkdaşlarının qeyri-qanuni əməlləri aşkar edilib. Qanunsuzluqlara görə Tovuz Gömrük İdarəsinin rəisi Elçin Şabanov dindirilmək üçün Bakıya gətirilib. Sözügedən hadisədən sonra Elçin Şabanov vəzifəsindən azad edilib.

Tovuz Gömrük İdarəsinin rəisi vəzifəsi Qədirov Pərviz Paşa oğluna tapşırılıb. Pərviz Qədirov həmçinin Dövlət Gömrük Komitəsinin Gəncə Gömrük İdarəsinin rəisidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.