Müxalifətçi geri çəkildi - Bədəl Bədəlovun namizəd olduğu dairədə nə baş verir?

25-07-2024, 18:26           
Müxalifətçi geri çəkildi - Bədəl Bədəlovun namizəd olduğu dairədə nə baş verir?
Gənc müxalifyönlü fəal Aslan Həmidli sentyabrın 1-də keçiriləcək növbədənkənar Milli Məclisə seçkilərdə iştirak niyyətini açıqlayıb.

Pravda.az-ın xəbərinə görə, o, əvvəlcə 96 saylı Goranboy - Naftalan seçki dairəsindən namizədliyini irəli sürüb, müvafiq sənədləri dairə seçki komissiyasına təqdim edib.

Bir neçə gündən sonra isə o, bu dairədən imtina edərək 28 saylı Sabunçu üçüncü seçki dairəsindən namizədliyini irəli sürüb.

A.Həmidlinin 96 saylı Goranboy - Naftalan seçki dairəsindən namizədliyini geri götürməsi müzakirələrə səbəb olub. Müzakirələr zamanı Yeni Azərbaycan Partiyasının həmin dairədən namizəd irəli sürdüyü Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sabiq vitse-prezidenti Bədəl Bədəlov fəaliyyəti diqqət çəkib. Bildirilib ki, B.Bədəlov dairədən namizədliyini irəli sürənlərin hamısı ilə bağlı məlumatlıdır. Bu baxımdan A.Həmidlinin də geri çəkilməsi müəmma olaraq qalır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru