Deputatın qətlində şübhəli bilinən şəxsin adı məlum olub

26-07-2024, 11:04           
Deputatın qətlində şübhəli bilinən şəxsin adı məlum olub
Ukrayna Ali Radasının keçmiş deputatı İrina Farionun qətli işi üzrə saxlanılan şəxsin adı Vyaçeslav Zinçenkodur.
Bu barədə Ukraynanın “Strana.ua” nəşri məlumat yayıb.

Jurnalistlərin məlumatına görə, gənc oğlan 2006-cı il aprelin 3-də anadan olub. Məlum olub ki, o, yerli uşaq-gənclər idman məktəbində (Gənclər İdman Məktəbi) fəaliyyət göstərən “Dnepr” futbol komandasında çıxış edib.

“Strana.ua” qeyd edir ki, Ali Radanın keçmiş deputatının qətlindən bir ay əvvəl gənc “Juniors” komandasının tərkibində “Pulse” turnirində iştirak edib. Onun fotoları Dnepr 62 saylı gimnaziyasının saytında da tapılıb.

Bundan bir qədər əvvəl Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri İqor Klimenko bildirib ki, qətl işində şübhəli bilinən Farion uzun müddətdir ki, cinayətə hazırlaşırmış. O, 18 yaşlı şübhəlinin əvvəlcədən aldığı paltarlardan da danışıb.

Radanın keçmiş deputatına sui-qəsd iyulun 19-da baş verib. Farion evinin yaxınlığındakı məbədin ərazisində güllələnib. Həkimlər onu xilas edə bilməyiblər. Ukrayna Ali Radasının keçmiş deputatının qətlinə görə məsuliyyəti neonasist qruplaşması Milli-Sosializm/Ağ Qüvvət (Rusiyada terror qruplaşması kimi qadağan edilib) üzərinə götürüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.