İsrailli hakerlər İranda "Wi-Fi" şəbəkəsini sıradan çıxardılar

3-08-2024, 13:17           
İsrailli hakerlər İranda "Wi-Fi" şəbəkəsini sıradan çıxardılar
İsrail mediası İranda "Wi-Fi" xəttinin kəsilməsinə görə məsuliyyəti "We Red Evils Original" adlı israilli haker qrupunun öz üzərinə götürdüyünü bildirib.

Bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.

Məlumata görə, haker qrupu öz "Telegram" kanalında bu barədə xəbərdarlıq edərək yazıb: "Biz yaxın müddətdə İrandakı sistemlərə və internet provayderlərinə hücum edəcəyik. Ağır bir zərbə gəlir".

Qeyd olunub ki, haker qrupunun xəbərdarlığı İranda bir çox sosial media istifadəçisinin diqqətini cəlb edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru