Bolqarıstanda mütləq temperatur rekordu qeydə alınıb

15-08-2024, 09:40           
Bolqarıstanda mütləq temperatur rekordu qeydə alınıb
Bolqarıstanlı meteoroloqlar ölkənin Dunay çayı üzərində yerləşən Ruse şəhərində temperatur rekordunun qeydə alındığını bildiriblər. Kölgədə hava 40 dərəcəyə qədər istiləşib.

TASS xəbər verir ki, bundan əvvəl şəhərdə ən isti gün 1988-ci il avqustun 14-də qeydə alınıb - 38.6 dərəcə. Sofiyada isə 37 dərəcə isti müşahidə olunub.

Hazırda Bolqarıstanın demək olar ki, bütün ərazisində anomal yüksək temperatur müşahidə edilir. Ölkədə təhlükəli meteoroloji hadisələrə görə qırmızı kod elan edilib.

Bolqarıstanın bəzi bölgələrində, o cümlədən Loveç və Pleven şəhərlərində quraqlıq səbəbindən su istifadəsinə məhdudiyyətlər tətbiq edilib ki, bu da əhalinin narazılığına səbəb olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru