Meymunçiçəyi virusu əvvəlkindən daha sürətlə yayılır: ÜST-dən XƏBƏRDARLIQ

17-08-2024, 17:45           
Meymunçiçəyi virusu əvvəlkindən daha sürətlə yayılır:
Meymunçiçəyi virusu (mpox) əvvəlkindən daha sürətlə yayılıb, həmçinin yüksək ölüm nisbətinə sahibdir.

Haber Globa-ın verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Margaret Harris xəbərdarlıq edib.

O, bu xəstləliyin xüsusilə immun sistemi zəif olanlar və uşaqlar üçün daha təhlükəli olduğunu bildirib.

Harris meymunçiçəyinin hazırda müəyyən bir müalicəsinin olmadığını, lakin dəstəkləyici müalicələrin bu virusa yoluxan xəstələr üçün istifadə edildiyini qeyd edib.

Meymunçiçəyi hallarının təmas yolu ilə yayıldığını dilə gətirən Harris daha çox yayılmanın qarşısını almaq üçün bu məsələni diqqətdə saxlamağa çağırıb.

Qeyd edək ki, Afrikada meymunçiçəyi (mpox) xəstəliyinin yayılması Ümumdünya Səhiyyə Təşkilatının meymunçiçəyini səhiyyə sahəsində fövqəladə vəziyyət elan etməsinə səbəb olub. Artıq Avstraliya, İsveçrə və Pakistanda ilk yoluxmalar qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru