Amsterdam rəsmilərinə “Telegram”dan istifadə qadağan edilib

20-08-2024, 07:04           
Amsterdam rəsmilərinə “Telegram”dan istifadə qadağan edilib
Hollandiyanın Amsterdam şəhərinin hakimiyyət orqanları dövlət işçilərinə iş telefonlarında “Telegram” messencerindən istifadə etməyi qadağan edib.

Tribunainfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” Hollandiya paytaxtının şəhər şurasının üzvü Aleksandr Şoltesə istinadən yazıb.

Dövlət qulluqçusunun sözlərinə görə, məmurlara “cinayətkar fəaliyyət, tətbiq və casusluq riski” səbəbindən “Telegram”dan istifadə qadağan edilib.

Şoltes həmçinin bildirib ki, messencerdən hakerlər, fırıldaqçılar və narkotik alverçiləri istifadə edir.

Qeyd olunub ki, Amsterdam bələdiyyəsi ölkədə məmurlara “Telegram”dan istifadəni qadağan edən yeganə bələdiyyədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru