2023-cü il oktyabrın 7-dən bəri Qəzzada 169 jurnalist ölüb

20-08-2024, 07:14           
2023-cü il oktyabrın 7-dən bəri Qəzzada 169 jurnalist ölüb
2023-cü il oktyabrın 7-dən Qəzza zolağında azı 169 media işçisi öldürülüb.

Bu barədə anklav hakimiyyətinin mətbuat xidməti öz "Telegram" kanalında məlumat yayıb.

Məlumata görə, gərginliyin son qurbanı bir sıra ərəb nəşrləri və kanalları ilə əməkdaşlıq edən fələstinli İbrahim Mərvan Muhareb olub.

Qəzza rəsmiləri jurnalistlərin ölümündə İsraili günahlandırıb və beynəlxalq ictimaiyyəti İsrail rəhbərliyini "davam edən cinayətlərə" görə məsuliyyətə cəlb etməyə çağırıb.

Qəzza Səhiyyə Nazirliyinin daha əvvəl açıqladığı son məlumatlara görə, anklavda ölənlərin ümumi sayı 40 139 nəfərdir, təxminən 92 743 fələstinli isə yaralanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.