Elton Məmmədov barəsində məhkəmə iddiası qaldırılıb

23-08-2024, 00:05           
Elton Məmmədov barəsində məhkəmə iddiası qaldırılıb
Sabiq millət vəkili, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Sosial Xidmətlər şöbəsinin müdiri Elton Məmmədov barəsində məhkəmə iddiası qaldırılıb.
Yeniavaz.com-un əldə etdiyi məlumata görə, Elton Məmmədova qarşı məhkəmə iddiası Nəsirov Nazim Məmməd oğlu tərəfindən maddi və mənəvi ziyanın ödənilməsi ilə əlaqədar qaldırılıb.
Məhkəmə iddiasına Yasamal rayon Məhkəməsinin hakimi Gülnar Babazadənin sədrliyi ilə baxılacaq.
Onu da qeyd edək ki, sabiq nəqliyyat naziri ziya Məmmədovun qardaşı olan Elton Məmmədov sentyabr ayının 1-də keçirilməsi nəzərdə tutulan parlament seçkilərində iştirak etmək istəsə də Mərkəzi Seçki Komissiyası (MSK) onun namizədliyini qeydə almayıb. Səbəb kimi, əmlakı ilə bağlı düzgün məlumat verməməsi göstərilib. Namizədliyinin ləğvi ilə bağlı verdiyi açıqlmada Elton Məməmmədov deyib ki, o saxtakarlıq edə bilməz.
“Nə saxtakarlıq? Hansı saxtakarlıqdan söhbət gedir? Mənim heç nədən xəbərim yoxdur. Saxtakarlığı mən edə bilmərəm, saxtakarlığı kimin etdiyi bəllidir”, - deyə sabiq deputat “Azxəbər”ə bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.