Bakıda ticarət dövriyyəsinin həcmi 18 milyard manatı ötüb

23-08-2024, 10:19           
Bakıda ticarət dövriyyəsinin həcmi 18 milyard manatı ötüb
Qeyri-ərzaq məhsullarının həcmi 5,1 faiz artıb

Cari ilin yanvar-iyul aylarında Bakıda ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz artaraq 18744,9 milyon manat olub.

Bakı Şəhər Statistika İdarəsindən AYNA-ya bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz artaraq 10392,9 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 5,1 faiz artaraq 8352,0 milyon manata bərabər olub. İstehlak məhsullarının 37,1 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 48 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 14,9 faizi isə paytaxtın əmtəə bazarlarında satılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru