"Ford" böyük elektrik yolsuzluq avtomobili layihəsini ləğv etdi - SƏBƏB

23-08-2024, 16:38           
"Ford" böyük elektrik yolsuzluq avtomobili layihəsini ləğv etdi - SƏBƏB
Ford böyük elektrik yolsuzluq avtomobilinin hazırlanmasından imtina etdi.

Oxu.Az xəbər verir ki, bu barədə motor.ru məlumat yayıb.

Şirkətdə Şimali Amerika bazarında elektrikləşdirmə strategiyasına növbəti düzəlişlər haqqında məlumat verilib. İnkişafı artıq sürətlə davam edən elektrik güc aqreqatı olan böyük üç cərgəli yolsuzluq avtomobilinin layihəsi bu modelin öz maya dəyərini ödəməyəcəyinə görə məhdudlaşdırılıb.

Eyni zamanda, elan edilmiş planlara indi yeni platformada qurulmuş elektrikli pikap daxildir. Onun münasib qiyməti ilə amerikalıları təəccübləndirəcəyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru